April 24, 2024
hay deyənə hay verməyək

Hay deyənə hay verməyək

Böyük oyunun kiçik parçası…

Ayın 12-dən, hay təxribatı ilə bu hadisələr başlayandan ha özümü saxladım ki, heç nə yazmayım, amma olmur. Tovuzdakı hadislər böyük geopolitik oyunun kiçik bir hissəsi kimi başladı. Hər şey təşkil olunmuş ssenari üzrə gedir. Amma kimin ssenarisi önə çıxır? Rusunmu, ABŞ-ınmı, ya başqalarınınmı? Bilmirəm.

Məsələyə enerji müharibələri kontekstindən baxmaq lazımdır. Hazırda Avropanın 2 əsas birbaşa enerji təminatı mənbəyi var: Rusiya və Azərbaycan (eləcə də, Azərbaycan vasitəsilə Orta Asiya). Əvvəllər Liviya da bu mənbərlə içərisində önəmli rol oynayırdı. Amma Qəzzafidən sonra 9 ildir ki, ora etibarlı təminatçı ola bilmir. Ölkədəki qeyri-stabillik üzündən…

2019-cu ilin sonlarında Türkiyə Liviya ilə dəniz sərhədlərinin bölüşdürülməsi ilə bağlı razılığa gəldi. Bununla da, Türkiyənin Aralıq dənizindəki sektoru böyüdü. Artıq Türkiyə orda neft-qaz axtarışlarına başlayacaq.

Turkiye-Liviya

Bu o deməkdir ki, Avropa üçün daha bir enerji mənbəyinin yaranma ehtimal böyükdür. Xəzər nefti də Türkiyənin əli ilə satılır. Türkiyə bir NATO ölkəsidir və Ərdoğan nə qədər “Eyyy Amerika” desə də, Türkiyə ABŞ-sız bir dənə də iri geopolitik addım atmır.

Dolayısıyla Avropanın enerji təminatı alternativlərinin sayı çoxaldılır və bu da Rusiyanın əsas enerji satıcısı kimi əhəmiyətini azaldır. Bu da İvanı özündən çıxardır. Okeanın o tayından gələn Sem dayının burda at oynatmasını həzm edə bilmir. Buna görə də “yumşaq qarın” kimi Tovuzu seçib. Məsələn, Qazağı yox məhz Tovuzu. Hərbi ekspert deyiləm, ərazini də yaxşı tanımıram, amma son günlərin hadisələrini analiz edəndə belə qənatə gəlmək olar ki, Tovuzdakı bəzi yüksəkliklərin Allah eləməmiş, hayların əlinə keçməsi Rusiyaya istənilən vaxt Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmrlərini, Bakı-Tbilisi-Qars dəmiryolunu və s. atəş altında saxlamağa imkan verir. Bu isə Avropanın enerji təminatının hələlik əsas alternativinin etibarını azaldır. Eyni zamanda Çinin Avropaya Rusiyasız çıxışına da problem yaradır.

Bu, məsələnin əsasən böyük dövlətləri maraqlandıran hissəsi…

Kim daha güclüdür?!

Amma burdan kiçik dövlətlər də böyük nəsibini alır. Azərbaycanın ordusu təkbətək qarşılaşsa hayların ordusunu milçək kimi əzməyə qadirdir. Buna şübhəm belə yoxdur. Amma önəmli bir məsələ bunun xarici boyutlarıdır. Artıq aysberqin görünməyən tərəfləri görünməyə başlayır.

Ermənilərin ABŞ konqresindəki uğursuzluğundan sonra, onlara digər zərbə də Rusiyadakı azərbaycanlılardan gəldi. Rus TV-lərinin “Abrikosovoe voyna” adlandırdıqları Ermənistan mallarının boykotu prosesi ən sadə erməniyə də toxundu. Bu isə, onların daha da gücsüz olduğunu göstərdi və eyni zamanda Paşinyan hakimiyyətinə aşağıdan təzyiq formalaşdırmaqdadır. Bu hadisələr ola bilsin ki, Paşinyanın da başını yesin.

Rus TV-lərinə baxıram, efirə guya dialoq adıyla 2 hay, 2 azərbaycanlı, 1 hərbi ekspert çağırırlar. Sonra da 2 aparıcı bu 3 nəfərlə birləşib azərbaycanlıları sıxışdırmağa çalışırlar. Bunları qorxudan odur ki, azərbaycanlılar Rusiyada bu qədər güc sahibidir. Və onlar üçün ən pisi də odur ki, sadə rusların xeyli hissəsi bizimkiləri dəstəkləyir. Rusiyadakı dost-tanışla söhbət etmişəm. Deyirlər 2 səbəbə sadə ruslar erməniləri dəstəkləmir:

  1. Cəbhədə vəziyyətin pisləşməsi Ermənistandakı rus əsgərlərinin də ölməsi ilə nəticələnir. Bu da rus qadınlarını hiddətləndirir ki, orda niyə onun övladı ölməlidir ki?
  2. Ordakı azərbaycanlı iş sahibləri öz obyektlərində çox sayda rusu işə götürüb. O ruslar və onların qohumları da onlara çörək verən əlin kəsilməsini istəmirlər.

Bu gün oxudum ki, İlham Rəhimov və Qod Nisanovun başlatdığı aksiyaya Araz Ağalarov da qoşulub.

Bunun pis tərəfi də odur ki, Rusiya bizimkilərin ordakı gücünü gördü. Önümüzdəki aylarda mütləq şəkildə bu gücü azaltmağa çalışacaq ki, getdikcə bizimkilərdən daha çox asılı qalmasın.

Hay deyənə hay verməyək, yoxsa hayımıza çatan olmaz…

Bu məsələlər başlayandan Ermənistanın və dünyadakı haylarında öz gözləntiləri var idi. Ala bilmədikləri üçün quduzlaşaraq sürü halında azərbaycanlılara qarşı hücuma keçir, təklikdə tutub döyür, alçaltmağa çalışırlar.

Bizimkilərin də cavab verəcəyi bəlli idi. Amma çox təəssüf ki, bu cavabı bizimkilər əsasən elə onların öz dilində verirlər. Avropa ölkəsində erməni bu cür cinayət edirsə onun ən yaxşı yolu məsələni faktlaşdırıb hüquq-mhafizə orqanlarına vermək və həmin şəxsləri damlatmaqdır. Onlar kimi addım atdıqda isə avropalılar müsəlmanlar tərəfindən xristianın döyüldüyünü görür və azərbaycanlılara barbar gözüylə baxır. Bu, bizim üçün yaxşı deyil. Hayların başını pambıqla kəsmək lazımdır. Provokasiyaya uyaraq onlar kimi etmək yox. Unutmayaq ki, xristian ölkəsindəki məhkəmələr xristian erməniyə daha rəhmli davranacaqlar, nəinki müsəlman azərbaycanlıya. Heç kim mənə ordakı insan haqlarından danışmasın. Onu da lazım bildikləri kimi istifadə edirlər.

Görürəm sosial şəbəkələrdə erməniləri öldürməklə bağlı influencer təbiğatı gedir. Mən buna qarşıyam. Erməniləri döyüşdə öldürək. Bu, hərbi fakt olar. Amma mülki şəraitdə bu, cinayət faktı olacaqdır. Bu, bizim əleyhimizədir və biz cinayətkar millət deylik.

Bu şərəfsizlərin cavabını onlara oxşamdan verək. Onlara səbrlə, təmkinlə hər addımbaşı od qoymaq lazımdır. Ona görə də, hayların dediyinə hay verməyək. Doğru olanı edək!

Belə olsa dünya ölkələrində bizi sivil xalq kimi qəbul edib hörmət edəcəklər. Bu halda o itin cilovunu əlində tutan İvan da çaşıb qalacaq.